Azərbaycanlı nobelçini səssizcə öldürürlər Klinton

04.11.2024

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin həyatı təhlükədəfir.

Axar.az xəbər verir ki, bu barədə vəkil Mustafa Nili özünün X hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə xəstəlikdən əziyyət çəkən Məhəmmədinin sağ ayağında aşkarlanan daxili zədənin sümük xərçəngi olma ehtimalı yüksəkdir:

“Bunun bədxassəli olub-olmadığını yoxlamaq və diaqnoz qoymaq üçün Nərgiz Məhəmmədi mümkün qədər tez xəstəxanaya köçürülməli, müayinə olunmalıdır”.

Bununla eyni vaxtda ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Nərgiz Məhəmmədi ilə bağlı paylaşım edib. O, hüquq müdafiəçisinin davamlı müalicə olunmaq üçün tibbi məzuniyyətə buraxılmasını istəyib:

“Həbsxana rəhbərliyi hüquq müdafiəçisi və Nobel Sülh mükafatı laureatınının müalicəsinə imkan verməməklə onu səssizcə öldürür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью