Azərbaycanlı pedaqoqun kitabı ABŞ Konqres Kitabxanasına qəbul edilib

25.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əməkdar müəllim Almaz Əsgərovanın müəllifi olduğu “Rəqəmsal dünyanın yeni təhsili” kitabı ABŞ Konqres Kitabxanasına qəbul edilib.

Almaz Əsgərova bu barədə Bakıvaxtı.az-a açıqlama verib.

O bildirib ki, kitab müvafiq şuranın təsdiqindən sonra ABŞ Konqres Kitabxanasının kolleksiyasına qəbul olunub və bununla bağlı ona təşəkkür məktubu göndərilib.

Müəllifin sözlərinə görə, kitabın ABŞ-nin bir sıra nüfuzlu ali təhsil müəssisələrinə və kitabxanalarına göndərilməsi də nəzərdə tutulur.

Həmin müəssisələr arasında Kolumbiya Universiteti, Harvard Universiteti, Dyuk Universiteti, Nyu-York Universiteti, eləcə də Vaşinqton və Nyu-Yorkun milli kitabxanaları yer alır.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью