Azərbaycanlı pianoçu Londonda növbəti dəfə solo konsert proqramı ilə çıxış edib

07.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 7 iyun, AZƏRTAC

Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, V.Babayeva konsertdə xarici bəstəkarların klassik əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarları Vaqif Mustafazadənin “Mart” və Sevda Məmmədlinin “Azərbaycan naxışları”, “Vətən uğrunda” kompozisiyalarını da məharətlə ifa edib.

Virtuoz ifası ilə fərqlənən pianoçu müxtəlif musiqi obrazlarını dinləyicilərə təqdim edərək alqışlarla qarşılanıb.

Qeyd edək ki, V. Babayeva London Transport Muzeyinin xüsusi seçilmiş 10 gənc musiqiçisindən biridir və hazırda dünyanın aparıcı musiqi məktəblərindən birində təhsil alır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью