Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib

12.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

London, 12 oktyabr, AZƏRTAC

Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsertdə xarici bəstəkarların klassik əsərləri ilə yanaşı, Üzeyir Hacıbəylinin “Sevgili Canan”, Tofiq Quliyevin “Qaytağı”, Vaqif Mustafazadənin “Mart” kompozisiyalarını da məharətlə ifa edib.

İfaçı, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyindən bəhs edərək, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr barədə tamaşaçılara məlumat verib. O, tamaşaçıların diqqətinə çatdırıb ki, Üzeyir Hacıbəyli Şərqdə ilk operanın müəllifi kimi dünya musiqi tarixində xüsusi yer tutur.

Virtuoz ifası ilə fərqlənən pianoçu müxtəlif musiqi obrazlarını dinləyicilərə təqdim edərək gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, Vüsalə Babayeva London Transport Muzeyinin xüsusi seçilmiş 10 gənc musiqiçisindən biridir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью