Azərbaycanlı pilot beynəlxalq yarışın qalibi olub FOTO

27.08.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən kartinq üzrə beynəlxalq "Easykart Portugal Trophy" turnirinin qalibi olub.

Apasport.az xəbər verir ki, idmançı uzunluğu 1270, eni 10 metr olan Beynəlxalq Kartodromo de Palmela trekində TaG Livre 125 kateqoriyası üzrə 140 xalla birinci olub.

Turnirdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikasından olan pilotlar iştirak edib.

Qeyd edək ki, D.Cəfərov oktyabrda İtaliyada keçiriləcək X30 kateqoriyasında "World Grand Final"da iştirak edəcək. O qitə çempionatında "BirelAreti" komandasının tərkibində Portuqaliyanı təmsil edəcək. Kartinqdə bir sıra beynəlxalq turnirlərdə qalib və mükafatçılar sırasında yer alan 15 yaşlı pilota artıq Almaniyada "Formula 4"ə qatılmaq təklifi gəlib.

Xüsusi olimpiya atletlərimiz beynəlxalq yarışa doğru Lando Norrisdən növbəti birincilik "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO İdmançımızdan Avropa Kubokunda ikiqat uğur - FOTO “Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью