Azərbaycanlı pilot Formula 4 avtomobili ilə ilk təcrübəsini yaşayıb

09.02.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov “Formula Winter Series” yarışına dəvət alıb.

AZƏRTAC xəbər verir ki, o, Portuqaliyanın Portimao trekində Formula 4 avtomobili ilə ilk rəsmi test sessiyasını keçirib.

Pilot yağışlı və çətin şəraitdə baş tutan sessiyada debüt etməsinə baxmayaraq, test gününü qəzasız başa vurub və 224 kilometr/saat maksimal sürətə çatıb.

Davinin avtomobilə nəzarəti və soyuqqanlı çıxışı komanda rəhbərliyi və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью