Azərbaycanlı pilot “Gulf Radical Cup”da uğurlu nəticə göstərib FOTO | Icma.az
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanlı pilot Gülhüseyn Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutmuş “Gulf Radical Cup” avtomobil yarışının VII mərhələsində uğurlu nəticə göstərib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Federasiyasından məlumat verilib.
“Gulf Radical Cup”un cari mövsümündə debüt edən pilot ikinci sprint yarışını 6-cı, final mərhələsini isə 9-cu yerdə başa vuraraq ilk "10-luğ"a düşməyi bacarıb.
Qeyd edək ki, “Gulf Radical Cup” 2006-cı ildən bəri BƏƏ-nin Əbu-Dabi və Dubay şəhərlərində təşkil edilir.
Gülhüseyn Abdullayev "Formula 3" də daxil olmaqla, Azərbaycanı bir çox avtoidman yarışlarında təmsil edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu