Azərbaycanlı qadın Türkiyədə sevgilisi tərəfindən öldürüldü Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

21.11.2024

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Sakarya şəhərində 32 yaşlı Şəlalə Mirzəli keçmiş sevgilisi Ələddin tərəfindən güllələnərək öldürülüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra qaçan şübhəli yaxalanaraq saxlanılıb.

Hadisə saat 09:00 radələrində rayonun Cümhuriyyət məhəlləsi, Baxçıvan küçəsində baş verib.

Bazarda işlədiyi aşkarlanan azərbaycankı qadın 6 yaşlı uşağını qohumunun yanına qoyub iş yerinə gedərkən tapançadan atəşə tutulub.

Ağır yaralanan 32 yaşlı qadın xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью