Azərbaycanlı qadını qatar vurdu

18.12.2024

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə qatar azərbaycanlı qadını vurub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Aydın rayonunun Köşk qəsəbəsi, Ovakənd məhəlləsində baş verib. Denizli-İzmir marşrutu ilə hərəkət edən sərnişin qatarı relslərin üzərindən yolu keçən azərbaycanlı qadın 64 yaşlı Həcər Cavadzadəni vurub.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları, həmçinin xilasedicilər cəlb olunub. Zərərçəkən qadın xəstəxanaya yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью