Azərbaycanlı qapıçı Albaniya çempionatında RƏSMİ

19.08.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Elməddin Məmmədovun yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, son olaraq "Mingəçevir"də çıxış edən qapıçı karyerasını Albaniyada davam etdirəcək.

29 yaşlı qolkiper  "Luftetari Qyikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Bu barədə I liqa klubunun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, Məmmədov bunadək “Alqa” (Qırğızıstan), “Tsxinvali” (Gürcüstan), “TC Sports Club” (Maldiv adaları), “Muras Yunayted” (Qırğızıstan), “St. Andryus” (Malta), “Yedinstvo Bihac” (Bosniya və Herseqovina) klublarında oynayıb.

Premyer Liqa: Gümüş və bürünc medalçılar üz-üzə - YENİLƏNİR Millimizin Qarabağ səfəri başa çatıb “Qarabağ”dan “Şamaxı”ya - RƏSMİ Anatoli Banişevskinin ailəsi “Neftçi”nin qonağı olub Almaniyalı mütəxəssis "Şamaxı"nın akademiyasında
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью