Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şpaqaçı Afiz Quliyev Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən veteran qılıncoynadanların dünya çempionatında 87-ci iştirakçı arasında 14-cü olub.
XQ xəbər verir ki, 40 yaş üstü kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsində Yaponiya, Gürcüstan və Türkiyə qılıncoynadanlarına qalib gələn Afiz, pley-offda Belçika və Kanada təmsilçilərini mübarizədən kənarlaşdırıb. Afiz Quliyev ən güclü səkkizilliyə yüksəlmək uğrunda keçirilən görüşdə yarımfinala kimi irəliləyən rusiyalı Konstantin Semyonova 8:10 hesabı ilə uduzub.