Azərbaycanlı qılıncoynadan gümüş medal qazandı FOTOLENT KONKRET

10.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə 17 yaşadək yeniyetmələr arasında Cadet Circuit keçirilir.

Azərbaycan Qılıncoynatma Federasiyasından KONKRET.az-a verilən məlumata görə, qılıncoynadanımız Abbas Hüseynov 150-dən çox oğlan sablyaçıların yarışdığı şəxsi mübarizədə gümüş medal qazanıb.

Qrup mərhələsində keçirdiyi bütün görüşlərdə (5 qələbə) qalib gələn Abbas pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib. Abbas finalda Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq “Cadet Circuit”in İstanbulda keçirilən mərhələ yarışında gümüş medala layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью