Azərbaycanlı qılıncoynadan gümüş medal qazanıb

10.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə 17 yaşadək yeniyetmələr arasında Cadet Circuit keçirilir.

Azərbaycan Qılıncoynatma Federasiyasından Gununsesi.info – ya verilən məlumata görə, qılıncoynadanımız Abbas Hüseynov 150-dən çox oğlan sablyaçıların yarışdığı şəxsi mübarizədə gümüş medal qazanıb.

Qrup mərhələsində keçirdiyi bütün görüşlərdə (5 qələbə) qalib gələn Abbas pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib. Abbas finalda Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq “Cadet Circuit”in İstanbulda keçirilən mərhələ yarışında gümüş medala layiq görülüb.

qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq “Cadet Circuit”in İstanbulda keçirilən mərhələ yarışında gümüş medala layiq görülüb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью