Azərbaycanlı Qırğızıstanda şəhər şurasına deputat seçildi FOTO | Icma.az
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qırğız Respublikasında yaşayan Azərbaycan diasporunun nümayəndəsi Səlim Kərimov «Birlik» Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin dəstəyi ilə Kant Şəhər Şurasının deputatı seçilib.
"Unikal" xəbər verir ki, ölkə üzrə azərbaycanlıların ən çox yaşadığı şəhər olan Kantda türk dünyasının görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçə mövcuddur.
2016-cı ildə Kant şəhəri ilə Quba rayonu arasında qardaşlaşma memorandumu imzalanıb.
Kant şəhər şurasının deputatı seçilən Səlim Kərimov göstərilən dəstəyə görə Birliyin rəhbərliyinə minnətdarlığını bildirib, ölkənin və xalqın rifahı naminə, həmçinin Azərbaycan diasporunun fəaliyyətində, Azərbaycan mədəniyyətinin təbliğində yaxından iştirak edəcəyini deyib.
Qeyd edək ki, Səlim Kərimov ictimai xadim olmaqla yanaşı, sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu