Azərbaycanlı qız Ermənistana getdi və... FOTO

26.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan vətəndaşı olan azərbaycanlı ictimai fəal Samirə Bayramova Ermənistana buraxılmayıb.

Publika.az globalinfo.az-a istinadla xəbər verir ki, o bu barədə X hesabında paylaşımında bildirib.

Belə ki, Varşava-Tiflis reysi ilə uçan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvana məcburi eniş edib. Lakin digər sərnişinlərdən fərqli olaraq S.Bayramovanı Ermənistana buraxmayıblar.

"Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. "Milli kimliyiniz problemdir" dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan", o paylaşımda qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью