Azərbaycanli qız türkiyəli münsifləri təsirləndirdi Video

10.07.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin “NOW” kanalında yayımlanan məşhur “Yetenek sizsiniz Türkiye” verilişinə azərbaycanlı iştirakçı qatılıb. 

“Qafqazinfo” xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə yox, həm də həyat hekayəsi ilə münsif heyətini təsirləndirib.

O, 9 yaşına qədər yeriyə və danışa bilmədiyini, bu səbəbdən atasının onu tərk etdiyini deyib. 

Günayın illərlə üzərində çalışması, əzmi münsiflər heyəti tərəfindən təqdir edilib. İştirakçı hər 4 münsifdən “hə” cavabı alaraq növbəti mərhələyə keçməyi bacarıb. 

Daha ətraflı videoda: 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью