Azərbaycanlı qolkiper tanınmış klubun transfer siyahısına düşdü

15.11.2024

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Hazırda Bosniya və Herseqovinanın “Yedinstvo Bihac” klubunda çıxış edən azərbaycanlı qolkiper Elməddin Məmmədov qışdan sonra yüksək liqada çıxış edə bilər.

Sportal.az saytına verilən məlumata görə, “Velez Mostar” Məmmədovu qışda heyətinə qatmağı planlaşdırır.

“Yedinstvo Bihac”la müqaviləsi gələn gələn ay başa çatacaq Məmmədovun ölkənin ən tanınmış klublarından olan Mostar təmsilçisinə keçəcəyi gündəmə gələcək. Qışda keçidin baş tutub-tutmayacağı bəlli olacaq.

Qeyd edək ki, Məmmədov yayda Bosniya klubu ilə anlaşıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью