Azərbaycanlı qonaqlar incəsənət tədbirlərində | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəhreynin məşhur İncəsənət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda Heydər Əliyev Mərkəzində uğurlu debütünü edən MAMA “Ana təbiət” sərgisi Bəhreyndəki təqdimatla iqlim dəyişiklikləri üzrə həyati mesajı dünyaya yaymaq üçün səyahətə başlamış olur.
Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi, Bəhreynin RAK İncəsənət Fondu və Bəhreyn Mədəniyyət və Qədim Əsərlər İdarəsinin birgə təşkil etdiyi sərgi ətraf mühitin qorunmasının vacibliyinə incəsənət vasitəsilə bir çağırışdır.
RAK İncəsənət Fondunun təsisçisi, rəssam Raşid Al Xəlifə sərginin Bəhreyndə keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, MAMA “Ana təbiət” sərgisinin təqdimatı mədəni mübadilənin təşviqi istiqamətindəki davamlı səyləri gücləndirir.
Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, MAMA “Ana təbiət” incəsənət layihəsi vasitəsilə mövcud problemlərin həllinə kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb.
Leyla Əliyeva bildirib ki, qlobal istiləşmə dövründə dayanıqlıq çağırışı heç vaxt bu qədər zəruri olmamışdı.
Tam oxu
Xəbəri oxu