Azərbaycanlı referi “Benfika”nın oyununda

23.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının matçına təyinat alıb.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı hakim Xorvatiyada keçiriləcək “Dinamo” (Zaqreb) – “Benfika” oyununu idarə edəcək.

Ona Namik Hüseynov və Rahman İmami köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.

“Dinamo” Gənclər Liqasının II təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью