Azərbaycanlı referilər seçmə mərhələ görüşündə

24.03.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycanın FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.

Apasport.az xəbər verir ki, onlar Nikosiya şəhərində 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsində Kipr – Almaniya oyununu idarə edəcəklər.

Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşma aprelin 15-də keçiriləcək.

II Liqa: “Şəfa” və “Şahdağ Qusar”dan evdə inamlı qələbə Millimizin baş məşqçisi: “Gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik” “Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb Millimiz Belarusla bacarmadı Rauf Əliyev: “Milli komandamız daha da bərbad duruma gedir”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью