Azərbaycanlı rejissor beynəlxalq festivalda jüri olacaq

01.05.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

"HoçazFilm" kinostudiyasının direktoru Amil Məmiyev Türkiyə Mədəniyyət Nazirliyi, Türkiyə Sinema Genel Müdirliyi və Ege Universitetinin təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq Turan Film Festivalının jüri heyətində yer alıb.

Kulis.az xəbər verir ki, festivalın əsas müsabiqə yarışında Məzahir Həşimov, Elmar Bayramov, Ərturan Nəcəfi, Fərid Kərim, Cavid Səmədov, Sevinc Mahmudova, Ruslan Mollayev və daha bir neçə azərbaycanlı rejissorların filmləri iştirak edəcək.

Amil Məmiyevin və rejissor Məzahir Həşimovun səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.

Keti Perri kosmosa uçmağa hazırlaşır Tənqid darıxan insanın ucuz əyləncəsidir 3 yaşlı qardaşını 6 yaşlı qardaşına tapşırdı - KimsəBizlər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью