Azərbaycanlı rejissorun filmi Parisdə

25.01.2025

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Parisin “L’Arlequin” kino zalında 2024-cü ildə Nantda keçirilmiş “3 Qitə Festivalı”nın (Festival des 3 Continents) mükafatlarına layiq görülmüş azərbaycanlı gənc rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi nümayiş olunub.

Kulis.az xəbər verir ki, festivalın münsiflər heyəti tərəfindən “Kinomexanikin qayıdışı” filmi “Nant-Atlantik hava limanı” xüsusi mükafatı və “Gənc münsif” mükafatına layiq görülüb.

Film ARTE ZDF və CNC tərəfindən dəstəklənib.

Nant və Luar–Atlantik şəhərlərindən sonra paytaxt Paris yanvarın 26-dək festivalın qalib filmlərini yerli kinosevərlərə təqdim edəcək.

A$APın məhkəməsi başlandı Şair Elşən Əzimə ağır itki "Əsli və Kərəm" dastanının "Hekayəti-Kərəm" adlı əlyazması kitab kimi çap edildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью