Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ultra Production” və “Cinex Production” şirkətlərinin birgə istehsalı olan, rejissor Elvin Adıgözəlin "Mənim sehrli dünyam" tammerajlı bədii filminin dünya premyerası Almaniyanın nüfuzlu "goEast" kino festivalında aprelin 28-də nümayiş olunacaq.
Aprelinin 23-dən 29-dək Almaniyanın Visbaden şəhərində keçiriləcək "goEast" festivalı əsas Mərkəzi və Şərqi Avropa kinofilmlərinə fokuslanır və hər il festival çərçivəsində təqribən 110 bədii, sənədli, qısametrajlı və VR işləri nümayiş etdirilir.
Eyni zamanda festival Şərq və Qərb arasında dialoq forumu funksiyasını yerinə yetirir.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı rejissorun ekran əsəri bu il 25 illiyini qeyd edəcək festivalın 14 filmdən ibarət əsas müsabiqə proqramına daxil edilib.
Elvin Adıgözəlin həm də ssenari müəllifi olduğu “Mənim sehrli dünyam” filmi istehsalat dövründə “When East Meets West” kino forumunun First Cut Lab və First Cut Plus proqramlarında iştirak edib və TRT (Türkiyə) televiziya kanalının mükafatına layiq görülüb.
Film, rayonların birində kənd ansamblında çıxış edən və Bakıda musiqili televiziya şousunda iştirak etməyi arzulayan iki uşaqlıq dostu – Babək və Sahilin hekayəsindən bəhs edir.
Televiziya şousuna aparan yol, onların dostluqlarını sınağa çəkir və ansamblın üzvlərinin həyatı əbədi olaraq dəyişir.