Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Türkiyəli reper Lvbel C5 səhnə adı ilə tanınan Süleyman Burak Bodur saxlanılıb.
Axşam.az xəbər verir ki, bu haqda “Sözcü məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı müğənni Asya Əlizadə ilə birgə ifa etdiyi “K….” mahnısı olub.
İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində reper prokurorluqda ifadə verib. Daha sonra o, “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə həbs olunması tələbi ilə məhkəməyə göndərilib.
Burak ifadəsində ittihamları qəbul etməyib. O, mahnı sözlərini təxəyyülünə əsasən yazdığını bildirib:
“Xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir”.
Reper mahnını artıq rəqəmsal platformalardan sildiyini də qeyd edib.
Məhkəmə prokurorluğun həbs tələbini rədd edərək, Lvbel C5 barəsində məhkəmə nəzarəti tədbirlərinin tətbiqinə qərar verib. Qərara əsasən, onun ölkədən çıxışına qadağa qoyulub və həftədə iki gün polis idarəsində imza verməsi tələb edilib.
Bundan əlavə, məhkəmə reperin türk ədəbiyyatı üzrə təhsilini davam etdirməsini də öhdəlik kimi müəyyənləşdirib.