Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

12.10.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 11-ci Beynəlxalq Heyvan Karikaturası Yarışmasının ("11th International Animal Cartoon Contest, Belgrade 2026") nəticələri məlum olub.

Kulis.az xəbər verir ki, 56 ölkədən 343 rəssamın 1372 karikatura ilə qatıldığı bu yarışmada həmyerlimiz Soltan Soltanlının “At kimindir” əsəri üçüncü yerə layiq görülüb.
Müsabiqədə 1və 2-ci yerləri uyğun olaraq Avstriyadan Klaus Pitter və Kiprdən İqor Vartçenko qazanıblar.
Qeyd edək ki, soydaşımız S.Soltanlı 30 ildir ölkəmizi rəssamlıq üzrə keçirilən beynəlxalq yarışma, festival və sərgilərdə təmsil edir, onun əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda yer alır.

Trampın çılpaq heykəli "COP31"də nümayiş olunacaq “Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı? Tarixi qalereyanı və sarayı su basdı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью