Azərbaycanlı rəssamın əsəri ABŞ da birinci yerə layiq görüldü FOTO

22.01.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Vüqar Quliyevin əsəri Vaşinqtonda təşkil olunmuş rəsm sərgisində birinci yerə layiq görülüb.
Bizim.Media xəbər verir ki, Hill Mərkəzi tərəfindən təşkil olunmuş nüfuzlu 2026 Regional Münsiflər Sərgisində Virciniya və Merilən ştatlarından və paytaxt Vaşinqtondan 800 rəsm əsəri müsabiqəyə təqdim olunub. 124 sənət əsəri seçilərək sərgiyə çıxarılıb və aralarından azərbaycanlı rəssamın yağlı boya ilə çəkdiyi “Astral drift” əsəri birinci yerə layiq görülüb.
Sözügedən sərgidə Vüqar Quliyevə birinci yerə layiq görülməsi ilə bağlı sertifikat və mükafat təqdim olunub.
Seçilmiş əsərlər mayın 3-nə kimi “Old Naval Hospital”da sərgilənəcək.





Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью