Azərbaycanlı Rusiya Ukrayna müharibəsində əsir düşdü Foto

28.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daha əvvəl Tiflisdə yaşayan Azərbaycan əsilli Gürcüstan vətəndaşı, 38 yaşlı Elşad İsmayılov Rusiya-Ukrayna müharibəsində əsir düşüb.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, son dövrlərdə o, Moskvada yaşayıb və yerli polis tərəfindən saxlanıldıqdan sonra Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzalayıb.

O, bir müddət sonra Ukraynada döyüş əməliyyatlarına göndərilib və oktyabrın 5-də Ukrayna hərbçilərinə əsir düşüb.

Soydaşımız açıqlamasında 2026-cı il iyunun 25-də Moskvada hərbi komissarlıqlardan birində Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağladığını bildirib.

Məlumata görə, bu il sentyabrın 28-də E.İsmayılov hərbi qulluqçu yoldaşı ilə birlikdə hücum əməliyyatına göndərilib. Onun sözlərinə görə, döyüş yoldaşı əməliyyatda iştirak etməmək üçün yolda öz ayağından yaralanıb. İsmayılova isə hərəkəti tək davam etdirmək əmri verilib. Oktyabrın 5-də o, Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb və hazırda bu ölkədə saxlanılır.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, ölkə vətəndaşının hakimiyyət orqanlarının icazəsi olmadan xarici dövlətin silahlı qüvvələrində hərbi xidmətə başlaması Gürcüstan vətəndaşlığının itirilməsi üçün əsas hesab olunur. Bundan başqa, Gürcüstanın Cinayət Məcəlləsində qanunsuz silahlı birləşmələrdə və xarici terror təşkilatlarında iştirakına görə məsuliyyət nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью