Azərbaycanlı Rusiyada “Əbədi məşəli” söndürdü

18.05.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Voronejdə qardaşlıq məzarlığında əklilləri yandıran və “Əbədi məşəli” söndürən 45 yaşlı azərbaycanlı miqrant saxlanılıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Рыбарь” “Telegram” yazıb.

Mənbənin məlumatına görə, o, dərhal saxlanılıb. Onun barəsində nasizmin reabilitasiyası və ölənlərin cəsədlərinin, onların dəfn olunduğu yerlərin təhqir olunması maddələri ilə cinayət işi açılıb.

“Bu, son günlərdə baş verən ilk belə hadisə deyil. Elə bugünlərdə Obninskdə miqrantların iki övladı Müqəddəs Georgi lentinin rənglərində olan bayrağı açıq şəkildə təhqir etdilər. Bu, artıq tendensiya olub.

İndiki halda cinayətkar Azərbaycandan olan, hətta gənc yaşlarında SSRİ-də yaşamış yetkin şəxsdir. Yəni bu, tamamilə şüurlu bir hərəkət idi və Rusiyaya, onun tarixinə və simvollarına həqiqi münasibətin göstəricisi idi”,-deyə mənbə bildirib.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью