Azərbaycanlı şagird ABŞ universitetinə 100% təqaüdlə qəbul oldu

14.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Təhsil Mərkəzinin tələbəsi Fidan Əsgərli, SAT 1510 nəticə toplayaraq ABŞ-nin nüfuzlu Mayamı Universitetindən 100% təqaüdlə qəbul alaraq böyük uğura imza atdı. SAT imtahanı üzrə hazırlığını bu mərkəzdə tamamlayan tələbə, eyni zamanda "Purdue University", "University of Wisconsin-Madison", "University of Illinois Urbana-Champaign", "The University of Tulsa", "Simmons University" və "Constructor University" kimi dünyanın tanınmış universitetlərindən də qəbul məktubu alıb.

Gənc istedadın bu uğuru, həm öz əzminin, həm də Beynəlxalq Təhsil Mərkəzinin peşəkar hazırlıq proqramlarının nəticəsidir.

Bu nailiyyət Azərbaycanın parlaq gələcəyinə töhfə verən gənclərin beynəlxalq səviyyədə tanınmasının daha bir sübutudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью