Azərbaycanlı şagird dünya birincisi oldu

28.04.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nəsib Yusifov böyük uğura imza atıb.
Modern.az xəbər verir ki, 2026 TR-YÖS/1 imtahanının nəticələrinə əsasən, dünya üzrə 7 765 nəfərin iştirak etdiyi imtahanda Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Nəsib Yusifov 500 tam bal toplayaraq dünya birincisi olub.

Nəsib Yusifovun adı rəqabətli beynəlxalq imtahanda maksimum nəticə göstərən şagird kimi Bakı Türk Liseyinin tarixinə yazılıb.

Bakı Türk Liseyinin bu günə qədər 12 şagirdi 2023-cü ildən etibarən keçirilən TR-YÖS imtahanlarında 500 tam bal toplayaraq dünya birincisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью