Azərbaycanlı şahmatçı BƏƏ də 22 ci yerdə

20.05.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

BƏƏ-də şahmat üzrə "Sharjah Masters" beynəlxalq turniri keçirilir.

İdman.biz xəbər verir ki, əsas A yarışında üç azərbaycanlı qrossmeyster – Əhməd Əhmədzadə, Məhəmməd Muradlı və Read Səmədov iştirak edir.

Hələlik onlar arasında ən yaxşı nəticəni Əhmədzadə göstərir – o, üç turdan sonra iki xal toplayaraq 22-ci pillədə qərarlaşıb. Muradlı və Səmədov isə hərəyə bir xal əldə ediblər.

Turnirin reytinq favoriti Nodirbek Abdusattorovdur (Özbəkistan).

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью