Azərbaycanlı şahmatçı gümüş medal qazandı

30.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb.

Futbolpress.az xəbər verir ki, gün çempionatda 11-ci turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına layiq görülüb.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью