Azərbaycanlı şahmatçıdan Baham adalarında uğurlu start

06.06.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı şahmatçı Azər Mirzoyev Baham adalarında çıxışına başlayıb.

İdman.biz xəbər verir ki, qrossmeysterimizin Nassauda iştirak etdiyi "Orjan Lindroth Memorial" turniri start götürüb.

O, ilk turda Yamayka təmsilçisi Darren Makkeniş ilə oyunda qələbə qazanıb.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olacaq turnirdə 14 ölkədən 25 şahmatçı mübarizə aparır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью