Azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başladı

03.12.2024

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Urmiya həbsxanasında saxlanılan siyasi məhbus Cavad Məhəmmədifərd aclıq aksiyası keçirir.

Hurriyyet.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, mədə xərçəngindən əziyyət çəkən məhbus həbsxana rəhbərliyinin onun müalicəsinə imkan verməməsinə etiraz olaraq aksiyaya qərar verib.

Qeyd edək ki, bu ilin iyul ayında həbs edilən Məhəmmədifərd "milli təhlükəsizliyə qarşı fəaliyyət" ittihamına görə 4 il azadlıqdan məhrum edilib./axar.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью