Azərbaycanlı skripkaçının növbəti uğuru

14.05.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 may, AZƏRTAC

Çexiyada “Orfeus – İlin Adamı 2020” mükafatına layiq görülmüş, hazırda Plzen Konservatoriyasında təhsil alan istedadlı skripkaçı Canel Nəcəfli İtaliyada beynəlxalq müsabiqədə çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada keçirilən “XVI Concorso Musicale Città di Filadelfia” beynəlxalq musiqi müsabiqəsində ikinci yerə layiq görülüb.

Qeyd edək ki, istedadlı musiqiçi müsabiqənin qala-konsertində çıxış etmək üçün seçilmiş dörd ifaçıdan biri olub. Tədbir çərçivəsində Canel Nəcəfli bəstəkar Azad Əliyevin skripka üçün notlaşdırılmış “Çahargah” əsərini ifa edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью