Azərbaycanlı şoumen məhkəmədə eks xanımına uduzdu

27.11.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkina ilə alimentlə bağlı məhkəmə işində məğlub olub.

Axşam.az xəbər verir ki, Presnenski Rayon Məhkəməsi Timurun keçmiş həyat yoldaşına olan aliment borcunu ödəməkdən azad edilməsi barədə xahişini rədd edib.

Belə ki, səs-küylü boşanmadan sonra Timur oğulları Migel və Daniel üçün ayda 1,5 milyon rubl, keçmiş həyat yoldaşının şəxsi ehtiyacları üçün isə əlavə 500 min rubl ödəyib. 2025-ci ildə Timur məhkəməyə müraciət edərək aliment məbləğinin 500 min rubla endirilməsini, keçmiş həyat yoldaşına ödədiyi vəsaitin isə tamamilə ləğv olunmasını istəyib. O, buna səbəb kimi konsertlərinin sayının azalması və gəlirlərinin aşağı düşməsini göstərib.

2026-cı ilin əvvəlində sənətçi keçmiş həyat yoldaşına ödəniş etməkdən azad edilsə də, uşaqlar üçün alimentin məbləği əvvəlki səviyyədə saxlanılıb.

Son qərara əsasən, Timur Annaya yığılıb qalmış aliment borcunu da ödəməli olacaq.

Qeyd edək ki, Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları rədd edib. Bundan qısa müddət sonra sənətçi yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.

Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur telefon danışığı zamanı ona ayrıldıqlarını bildirib.

Rodrigez və Kabak bu ilin iyununda ailə qurublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью