Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var

29.11.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya 2 milyon 370 min rubl aliment borcu ödəməlidir.

Axşam.az xəbər verir ki, bu Məhkəmə İcraçıları Federal Xidmətinin məlumatlarında əks olunub.

Bildirilir ki, boşanmadan sonra tərəflər aliment ödənişi ilə bağlı razılaşma imzalayıblar. Müqaviləyə əsasən, Rodriges hər ay iki oğlunun saxlanılması üçün 1,5 milyon rubl, keçmiş həyat yoldaşı üçün isə 500 min rubl ödəməli idi.

Lakin 2025-ci ildə şoumen məhkəməyə müraciət edərək alimentin məbləğinin azaldılmasını və keçmiş həyat yoldaşına ödənişlərin dayandırılmasını istəyib. O, uşaqlar üçün alimentin azaldılması ilə bağlı iddiasını uduzub.

Noyabrın 26-da isə Moskvanın Presnenski Rayon Məhkəməsi Rodrigesin keçmiş həyat yoldaşına olan borcdan azad edilməsi barədə tələbini rədd edib.

Qeyd edək ki, Timur Rodriges 2026-cı ilin yayında aktrisa Katya Kabakla ailə qurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью