Azərbaycanlı sprinter Ramil Quliyevdən sonra ikinci nəticə ilə Tokioya yollanır | Icma.az
Icma.az bildirir, Idman.biz portalına istinadən. Sentyabrın 13-də Tokioda atletika üzrə dünya çempionatı start götürəcək.
Azərbaycanı Yaponiyada yalnız bir idmançı – 200 metr məsafədə mübarizəyə qatılan Əlham Nağıyev təmsil edəcək.
Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə İdman.biz-ə açıqlamasında bildirib ki, hazırda sprinter komandanın lideridir.
Federasiya rəsmisi vurğulayıb ki, dünya çempionatına çəkicatma üzrə idmançımız Anna Skidan da düşmüşdü, lakin o, yaxınlarda ana olduğu üçün yarışa qatıla bilməyəcək: "Əlhama gəldikdə isə o, bu il Mariborda keçirilən Avropa komandalar çempionatında 100 və 200 metr məsafələrdə qələbə qazanıb, ardınca isə Yunanıstanda Balkan ölkələrinin çempionu olub və 200 metr məsafədə 20.70 saniyəlik nəticə göstərib.
Buna görə də Nağıyev Tokioda çıxış etmək hüququ qazanıb”. Nağıyevin sentyabrın 17-də starta çıxacağını deyən Sultanzadə, həmçinin idmançının
Bu göstərici ilə o, hətta növbəti mərhələyə də yüksələ bilər. Onun səviyyəsindəki idmançı üçün bu böyük uğur olar.
Çünki Ramil Quliyevdən sonra belə yüksək nəticə (20.70 saniyə) göstərən ikinci atlet məhz Nağıyevdir”.
Baş katibin sözlərinə görə, mövsümün daha bir vacib yarışı noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunları olacaq: “Komanda həmin yarışa hazırlaşır, amma yekun heyət sentyabrın 22-dən sonra bəlli olacaq.
Tam oxu
Xəbəri oxu