Azərbaycanlı ssenaristin filmi Qazaxıstanda nümayiş olundu

25.11.2025

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı dramaturq İsmayıl İmanın pyesi əsasında Qazaxıstan rejissoru Jandos Aybasovun çəkdiyi “№37” filmi Qazaxıstan kinoteatrlarında nümayiş olunub.

Kulis.az xəbər verir ki, film terror aktı nəticəsində həlak olmuş, lakin 15 il sonra gözlənilmədən ailəsinin yanına qayıdan Rəsulun hekayəsindən bəhs edir.

İsmayıl İmanın “Astara bağları” pyesi 2022-ci ildə Almatıda müstəqil ŞAM teatrı tərəfindən “№37” tamaşası kimi səhnələşdirilib. Səhnə əsərinin uğurundan sonra eyni yaradıcı komanda pyesin ekranlaşdırılmasına qərar verib. Ekran işində əsas rolları Yerkebulan Dayırov, Asan Majit, Zarina Karmen və digər aktyorlar ifa ediblər.

"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu? İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri Bursa vilayətində “Azərbaycan günləri”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью