Azərbaycanlı stolüstü tennisçi Çində təlim məşq toplanışı keçəcək

16.01.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, millinin üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, yanvarın 17-dən 27-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью