Azərbaycanlı sürücü qəza törətdi, məktəbli öldü

10.12.2024

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı sürücü qəza törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə dekabrın 5-də Sadovoy kəndi yaxınlığındakı magistral yolda baş verib.

17 yaşlı məktəbli Artem qəza nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə baş verən gün oğlan məktəbdən yayınaraq qonşusu ilə işə gedib.

İlkin məlumatlara görə, Azərbaycan vətəndaşının idarə etdiyi mikroavtobus içərisində yeniyetmənin olduğu dayanmış yük maşınına çırpılıb. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mikroavtobusun sürücüsü daha əvvəl idarəetməni itirərək yolun kənarına çıxıb. Hər iki sürücü ayıq olub və xəsarət almayıb. Polis qəzanın son səbəbini müəyyən etmək üçün araşdırma aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью