Azərbaycanlı sürücü qəza törətdi, yol bağlandı

05.02.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə azərbaycanlı sürücü yol qəzası törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çorum-Samsun magistralında baş verib.

33 yaşlı Əlvan Abbasovun iri yük avtomobili (TIR) idarəetmədən çıxaraq qəza törədib. Nəticədə yol bağlanıb.

Yüngül xəsarət alan sürücüyə yerində tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilməyi rədd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью