Azərbaycanlı taekvondoçudan Universiadada ilk qələbə FOTO

19.07.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan taekvondoçuları mübarizəyə başlayıblar.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Səlimə Quliyeva (46 kq) ilk görüşündə nigeriyalı Şukurat Abdulsalama qalib gələrək növbəti mərhələyə yüksəlib.

Digər üç idmançımız isə ilk döyüşlərində məğlub olublar: Leyla Bəşirova (57 kq) macar Luka Patakfalviyə, Xıdır Məmmədov (54 kq) Makao təmsilçisi Yek-Hey Çana, Vaqif Hacıyev (68 kq) isə alman Yona Pörşə uduzub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью