Azərbaycanlı tələbə beynəlxalq elmi müsabiqənin qalibi olub

21.10.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Finlandiyanın nüfuzlu ali təhsil ocaqlarından biri – Helsinki Universiteti tərəfindən təşkil olunan “1 nömrəli elmi məqalə – 2025” beynəlxalq müsabiqəsinin nəticələri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, müsabiqədə Azərbaycanlı tələbə Vüsal Hümbətzadə “Alqoritmlərin insan davranışına təsiri” adlı elmi məqaləsi ilə 1-ci yerə layiq görülüb.

Yarışmada 63 ölkədən tələbələr ümumilikdə 1995 elmi məqalə ilə iştirak ediblər.

Vüsal Hümbətzadənin elmi işi Helsinki Beynəlxalq Elmi Jurnalında dərc olunub və “1 nömrəli məqalə” nominasiyası üzrə qalib elan edilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью