Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə seçildi

10.03.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

ADA Universitetinin “Kommunikasiya və Rəqəmsal Media” tələbəsi beynəlxalq müsabiqədə uğur qazanıb.

Metbuat.az-ın məlumatına görə, II kurs tələbəsi olan Aqil Çıraqlı Avropa Şurasının Şimal-Cənub Mərkəzi (NSC) və Avropa İttifaqı tərəfindən birgə təşkil edilən HEY (Gənclər üçün İnsan Hüquqları Təhsili) proqramına seçilib.

A.Çıraqlı Azərbaycanı təmsil edən iştirakçılardan biri olmaqdan qürur duyduğunu bildirib.

Qeyd edək ki, proqrama 93 ölkədən 555 müraciət daxil olub, dünya üzrə yalnız 40 iştirakçı seçilib və gender balansı təmin edilib. İnsan hüquqları təhsili, media və informasiya savadlığına yönəlmiş proqram xüsusilə 18-30 yaş arası şəxslər üçün nəzərdə tutulub.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью