Azərbaycanlı tələbə Gürcüstanda öldü

23.06.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın Saqareco bələdiyyəsində baş verən qaz partlayışı nəticəsində ağır yanıq xəsarətləri alan 19 yaşlı azərbaycanlı tələbə Lamiyə Allahverdiyeva vəfat edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İormuğanlı kənd sakini olan gənc qız 12 gün ərzində xəstəxanada müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə Tulari kəndində yerləşən evdə baş verib. Mətbəxdə baş verən qaz sızmasının partlayışa səbəb olduğu, nəticədə Lamiyənin ağır yanıq xəsarətləri aldığı bildirilir.

Lamiyə Allahverdiyeva Tbilisidə yerləşən İlya Dövlət Universitetinin Elmlər və İncəsənət fakültəsində Gürcü dilinin ikinci dil kimi tədrisi və inteqrasiya proqramı üzrə təhsil alırdı.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью