Azərbaycanlı tələbə Mitxun Çakroborti və Amriş Puri ilə bir yerdə

22.09.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Azərbaycanlı Xuday İbrahimov 35 il əvvəl SSRİ və Hindistanın birgə çəkdiyi “Ovçu” filminin çəkilişlərində iştirak edib.

AzPost bildirir ki, X.İbrahimov çəkiliş prosesində məşhur hind kino aktyorları Mitxun Çakraborti və Amriş Puri ilə olan fotolarını paylaşıb.

“1990-cı ildə Daşkənddə “Özbəkfilm”lə Hindistan birgə “Ovçu ” filmini çəkirdilər. Mən də tələbə idim. Gedib canlı cəkilislərə baxırdım. Baş rolda Mitxun Çakraborti çəkilirdi. Mən də kiçik bir epizodik rolda çəkilmisəm. Mitxun o vaxt hind kinosunun ən parlaq ulduzu idi. Ona görə də çox ədabaz idi. Amriş Puri isə çox sadə, ünsiyətcil idi və mehriban idi”-deyə X.İbrahimov qeyd edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью