Azərbaycanlı tələbələr Kral Salman Ərəb Dili Akademiyasında mədəni təqdimat ediblər AZƏRTAC

23.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qahirə, 23 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasında təhsil alan azərbaycanlı tələbələr mədəni təqdimatla çıxış ediblər.

AZƏRTAC Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə istinadla xəbər verir ki, milli geyimli gənc ərəbşünaslarımız digər ölkələrdən olan tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti və görməli yerləri haqqında məlumat verib, onların ölkəmizlə bağlı suallarını cavablandırıblar.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью