Azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar edilməyib

22.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rusiya Federasiyası İstintaq Komitəsi Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə yuxarıda göstərilən hərəkətlərin əks olunduğu videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью