Azərbaycanlı tələbələrin vizası kütləvi ləğv edilir? RƏSMİ | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin ən azı 22 ştatında xarici tələbələr Amerika vizalarının səbəbsiz ləğvi ilə üzləşib.
Yerli hakimiyyət orqanları bu qərarları heç bir izahat vermədən həyata keçirir.Məlumata görə, Kaliforniya, Ohayo və Şimali Karolinadakı tələbələr mülki geyimli polis əməkdaşları tərəfindən küçədə saxlanılır.
Hüquqşünaslar hesab edirlər ki, ən çox risk altında olanlar əvvəlcə saxlanılmış, Fələstinlə həmrəylik aksiyalarında iştirak etmiş və ya sosial şəbəkələrdə müəyyən siyasi məzmunlu paylaşımlar etmiş şəxslərdir.
Tələbələr və ali təhsil müəssisələri vizaların ləğvi səbəblərinin qeyri-müəyyənliyi və ABŞ hakimiyyət orqanlarının bu hərəkətlərinin qanuniliyinə dair ciddi narahatlıq ifadə edirlər.
Amerikada təhsil alan Azərbaycanlı tələbələr mövcud vəziyyətlə bağlı problemlə üzləşəcəkmi?
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupundan “Cebheinfo.az”a bildirilib ki, Amerikada tələbələrin vizasının ləğvi öz hesabına təhsil alan tələbələrə şamil olunur: “Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə bağlı hələlik belə hallarla rastlaşmamışıq.
Ehtimal var ki, belə bir halla heç rastlaşmayacağıq.Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin hər birinin təhsil müddəti var.
Tam oxu
Xəbəri oxu